Tehranda 35 nəfər xəstəxanalara yerləşdirildi

  • Bölmə: Region  
  • Tarix: 7 iyn 2017 [14:26]

İranın paytaxtı Tehranda baş vermiş silahlı hücumlardan sonra ümumilikdə 35 nəfər xəstəxanalara yerləşdirilib.

 

Trend-in məlumatına görə, bu gün silahlıların parlamentdə atəşə açması nəticəsində 7 nəfər ölüb.

 

Bundan başqa, Xomeyninin məqbərəsinə hücum edən şəxslərdən birinin özünü partlatması nəticəsində isə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

 

Hazırda parlamentin binasında atışma dayanıb.

 

Təhlükəsizlik orqanları əməkdaşlarının terrorçulara qarşı pilotsuz uçuş aparatlarından istifadə etdiyi bildirilir.

 

Bizimesr.az


Загрузка...


Oxunub: 37280 dəfə