İran seçki günü qana boyanacaqdı - 4 hücum

  • Bölmə: Region  
  • Tarix: 25 may 2017 [17:12]

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəis müavini Həsən Beygi Mizan İranda seçkilər zamanı terror hadisəsi törətmək istəyən 4 terrorçu qrupun təhlükəsizlik xidməti orqanları tərəfindən zərərsizləşdirildiyini bildirib.

Axar.az xəbər verir ki, Beygi həmçinin seçki günü Əfqanıstan, İraq və Pakistan sərhədlərindən ölkəyə daxil olmaq istəyən terror qruplarının İran təhlükəsizlik orqanları tərəfindən aşkarlandığını və terrorçuların ölkəyə daxil olmalarının qarşısının alındığını deyib.

“Biz terrorçuların arxasında dayananların kim olduğunu öyrənməyə çalışırıq”, - Beygi bildirib.

Bizimesr.az 


Загрузка...


Oxunub: 42540 dəfə