İrəvanda çevriliş etmək istəyən nazir həbsdə qaldı

  • Bölmə: Region  
  • Tarix: 19 may 2017 [14:28]

Qondarma Dağlıq Qarabağın keçmiş “müdafiə naziri” Samvel Babayanın həbs müddəti uzadılıb.

Axar.az xəbər verir ki, bunu “Nyus.am” saytına açıqlamasında Babayanın vəkili Avetis Kalaşyan söyləyib.

Qeyd edək ki, Babayan Ermənistanda dövlət çevrilişinə cəhd etməkdə şübhəli bilinərək, 22 martda həbs edilib. O, “İqla” raketlərinin Ermənistana keçirilməsində və ölkədə sui-qəsdlər təşkil etməkdə təqsirləndirilir.

Bizimesr.az


Загрузка...


Oxunub: 37090 dəfə