Türkiyənin “Dəniz qurdu” Afinanı narahat etdi

  • Bölmə: Region  
  • Tarix: 19 may 2017 [12:52]

Türkiyənin 13- 26 mayda Egey və Aralıq dənizində təşkil etdiyi “Dəniz qurdu” təlimi Yunanıstanı narahat edib.

Axar.az xəbər verir ki, Yunanıstanın Ankaradakı səfiri Kiriakos Lukakis iştirakçı ölkələrə “Manevrlərə qatılmayın” çağırışı edib. Səfirin sözlərinə görə, Türkiyənin Aralıq və Egey dənizində təşkil etdikləri “Dəniz qurdu” manevri Yunanıstanın suverenliyini pozmaqla yanaşı, hava yollarında da ciddi təhlükə yaradır.

Qeyd edək ki, Türkiyə, hər il olduğu kimi, bu il də 22 mayda NATO-ya üzv ölkələri “Dəniz qurdu” manevrini müşahidə etməyə dəvət edib.

Bizimesr.az


Загрузка...


Oxunub: 48970 dəfə