Xızıda dəhşətli qəza-1 ÖLÜ , 2 YARALI

Mayın 17-də saat 17 radələrində Xızı şəhəri ərazisində Abşeron rayon sakini Süleyman Mənsumov idarə etdiyi "Prado" markalı avtomobili aşırıb. 

"Bizimesr" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki,  hadisə nəticəsində sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib. Sürücü S.Mənsimov orada ölüb, sərnişinlərin vəziyyəti orta ağırdır.

Xızı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bizimesr.az


Загрузка...


Oxunub: 11320 dəfə