Tramp başı dərddə: gizli mesaj üzə çıxdı

  • Bölmə: Dünya  
  • Tarix: 17 may 2017 [12:10]

ABŞ prezidenti Donald Trampın Federal Təhlükəsizlik Bürosunun keçmiş rəhbəri Ceyms Komeyə Milli Təhlükəsizlik məsələləri üzrə keçmiş məsləhətçi Maykl Flin barədə göndərdiyi mesaj səs-küyə səbəb olub.

"Qaynarinfo" "New York Times"a istinadən xəbər verir ki, Tramp Rusiyanın ABŞ-dakı səfiri Sergey Kslyakla gizli görüşən Maykl Flini fevral ayında vəzifəsindən kənarlaşdırmaq məcburiyyətində qalmışdı. Bu hadisədən sonra isə o Ceyms Komeyə mesaj göndərərək Maykl Flinlə bağlı araşdırmanın dayandırılmasını istəyir.

İddialara görə, Trampın "Maykl Flin yaxşı insandır, ümid edirəm ki, onu sərbəst buraxacaqsan" mesajına Komey "Onun yaxşı insan olmağı ilə razıyam" cavabını verib. Göndərilən bildirişdə Tramp qeyd edib ki, Maykl Flin yanlış heç nə etməyib. Bildirilir ki, Komey Trampın xahişi barədə Federal Təhlükəsizlik Bürosunun yüksək rütbəli şəxslərinə məlumat verib, lakin onlar məsələnin gizli saxlanılmasına qərar veriblər. 

Qeyd edək ki, bu məsələnin ortaya çıxması, Trampın ABŞ Ədliyyə Nazirliyi və Federal Təhlükəsizlik Bürosunun işinə müdaxiləsi, təsiri, həmçinin Rusiya ilə əlaqəli şəxslərin prezident tərəfindən himayəsi məsələsi barədə müzakirələrə səbəb olub.

Bizimesr.az


Загрузка...


Oxunub: 14020 dəfə