İngiltərəli sənətkar köhnə yük maşınından möhtəşəm taxta ev hazırlayıb. 

"Qaynarinfo" "Daily mail"ə istinadən xəbər verir ki, İngiltərənin Qlastonburi bölgəsində yaşayan 33 yaşlı sənətkar Diin Kraqo keçmişdə at daşımaq üçün istifadə olunan maşını dəbdəbəli mobil evə çevirib. 

Diin xərclənən pulun miqdarını dəqiq deməsə də, təxminən 30 000-60 000 funt-sterlinq olduğunu bildirib. 

Qeyd edək ki, mobil evdə yataq otağı, mətbəx, tualet və hamam var.

Həmin evin fotolarını təqdim edirik.

Bizimesr.az