Bakı-Quba yolunda şirkət maşını ağır qəzaya uğradı: 2 ölü, 2 yaralı

Bu gün səhər saat 9 radələrində Bakı – Quba yolunun Siyəzən rayonundan keçən 102-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org saytının məlumatına görə, Quba istiqamətində yüksək sürətlə hərəkətdə olan 90 PX 275 dövlət nömrə nişanlı Çin istehsalı olan “ "Çanqan Benni Mini" markalı avtomaşın idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində avtomaşnın iki nəfər sərnişini qəza yerində dünyasını dəyişib.

Avtomobilin sürücüsü, 1991-ci ildə anadan olmuş Şükürov Kənan Şakir oğlu və sərnişinlərindən biri, 1992-ci il təvəllüdlü Ağayeva Afət Mirzəağa qızı xəsarət aldıqları üçün Siyəzən Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hazırda Kənan Şükürovun vəziyyəti ağır olaraq qalmadadır.

Qəzaya uğramış avtomaşın “Pizza Hut” reklamı ilə bəzədildiyindən onun hansısa şirkətə məxsus olduğu ehtimal edilir. Qəzanın yüksək sürətlə gedən avtomaşının yoldakı dalğavarı nahamar hisssədə idarəetmədən çıxması səbəbindən baş verdiyi deyilir. Hazırda qəzaya uğrayanların kimliyi müəyyən edilməkdədir.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.

Bu gün səhər saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, magistralın 112-ci km-də, Siyəzən rayonu ərazisində nəqliyyat vasitəsinin aşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər ağır bədən xəsarətləri alıb. Ölənlərin hər ikisi qadındır, xəsarət alanlardan biri kişi, digəri isə qadındır. Xəsarət alanlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Fakt araşdırılır.

Bizimesr.az


Загрузка...


Oxunub: 9210 dəfə