Ceyms Komeyi kim əvəz edəcək?

Bazar günü ABŞ-ın Federal Tədqiqat Bürosuna (FBI) rəhbər vəzifəsi üçün intervyu keçiriləcək.

"Qaynarinfo" "Washington Post"a istinadən xəbər verir ki, intervyuda 4 nəfər iştirak edəcək. Ağ evin sözçüsü Şon Spayser açıqlamasında bildirib ki, prezident Donald Tramp tələblərə cavab verən namizədi seçəcək. 

Qeyd edilir ki, əsas namizədlər Respublikaçı senator Con Kornin və Ceyms Komeyin müavini Endryu Makkeybdir.

Digər namizədlər isə  Nyu York Apelyasiya məhkəməsinin hakimi Maykl Qarsia və hüquqşunas Alis Fişerdir.

Bizimesr.az


Загрузка...


Oxunub: 9590 dəfə