300 dollarla dünyanı əsir aldılar: Səhiyyə sistemi çökdü

  • Bölmə: Dünya  
  • Tarix: 13 may 2017 [11:50]

İngiltərənin səhiyyə sistemindən başlayan haker hücumu bütün dünyada 50 mindən artıq kompyuterə təsir göstərib. 

"Qaynarinfo" "The Guardian"a istinadən xəbər verir ki, "wannacry" adlı proqramın kompyuterlərə yayılması nəticəsində dünyada bir çox şirkətlər fəaliyyətini qismən dayandırıb.

Britaniya Milli Sağlamlıq Xidməti də daxil olmaqla, FedEx, Telefonica kimi məşhur şirkətlərin iş rejiminə ciddi təsir göstərib. Kiber hücum nəticəsində xəstəxanalarda əməliyyatlar təxirə salınıb, rentgen, analiz xidmətləri, xəstələrin informasiyaları əlçatmaz olub.

Virusun yayılmasından Amerika qitəsi, Avropa, Rusiya, Türkiyə, Hindistan, Çin, İtaliya, Misir, İspaniya kimi ölkələr zərər görüb.

Qeyd edək ki, bu virus kompyuterdəki bütün proqramları şifrələyərək yararsız hala salır və kodu vermək üçün 300 dollar tələb edir.

Bizimesr.az


Загрузка...


Oxunub: 13680 dəfə