Pakistanda vitse-spikerin maşını partladıldı: 20 ölü, 35 yaralı

  • Bölmə: Dünya
  • Tarix: 12 may 2017 [17:48]

Pakistanda növbəti dəfə partlayış baş verib.

Azvision.az xəbər verir ki, hadisə Bəlucistan əyalətində qeydə alınıb.

Yerli mətbuatın yaydığı xəbərə görə, hədəf Pakistan senatının sədr müavini Maulana Heydərinin olduğu avtomobil korteji olub.

Nəticədə 20 nəfər ölüb, 35 nəfər yaralanıb. Partlayış zamanı senatın sədr müavini də xəsarət alıb. O, dərhal yaxınlıqdakı xəstəxanaya aparılıb.

Qeyd olunub ki, sədr müavininin aldığı xəsarət ciddi deyil. Məlum olub ki, Maulana hadisə zamanı öz maşınında olmayıb.

Partlayış nəticəsində Maulana Heydərinin sürücüsü və bir neçə mühafizəçisi həyatını itirib.

Hazırda heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Bizimesr.az 


Загрузка...


Oxunub: 6330 dəfə