Amerika şirkətlərinin Çin bazarına girişi artır

Ağ ev Amerika malları və xidmətlərinin Çin bazarına girişini genişləndimək üçün bu ölkə ilə razılığa gəlib.

"Bizimxeber" Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, imzalanmış sənədə əsasən, ABŞ-ın kənd-təsərrüfatı və biotexnologiya malları, həmçinin maliyyə kompaniyaları, ödəmə sistemləri və reytinq agentlikləri üçün Çin bazarına giriş genişləndiriləcək. Çin şirkətlər ABŞ-dan daha çox təbii qaz almaq imkanı qazanacaq.

ABŞ isə öz növbəsində Çindən quş əti idxalına maneəni aradan qaldıracaq.

Xatırladaq ki, Çinlə ticarətdə disbalansın azaldılması ABŞ Prezidenti Donald Trampın əsas seçkiqabağı vədlərindən biri idi.

Bizimesr.az


Загрузка...


Oxunub: 10120 dəfə