ABŞ terrorçulara silah verməyə başladı

  • Bölmə: Dünya  
  • Tarix: 12 may 2017 [11:55]

ABŞ terror təşkilatı PKK-nın Suriya qanadı olan YPG-yə vəd etdiyi hərbi silah və texnikanı göndərməyə başlayıb.

“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın YPG terror təşkilatına İŞID-la mübarizə üçün göndərdiyi hərbi texnika İraqın Ərbil havalimanında enib, sonra isə Semelka sərhəd məntəqəsindən keçirilərək Suriyaya göndərilib.

Qeyd edək ki, texnika arasında Tow anti-tank raketləri, 4×4 URO VAMTAC zirehli texnikası, İngiltərə istehsalı olan silahlar və s. daxildir.

Bizimesr.az

 


Загрузка...


Oxunub: 32290 dəfə