Tramp - KOMİSSİYA YARADIB

  • Bölmə: Dünya  
  • Tarix: 12 may 2017 [11:07]

ABŞ prezidenti Donald Tramp ötən ilki prezident seçkisində baş verən qanun pozuntularının araşdırılması üçün komissiyanın yaradılması haqqında sərəncam imzalayıb.

“Report” “Amerikanın səsi” radiosuna istinadən xəbər verir ki, bunu Ağ evin mətbuat katibinin müavini Sara Sanders bildirib.

Onun sözlərinə görə, D.Tramp vitse-prezident Mayk Pensi komissiyanın sədri təyin edib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti bildirib ki, ötən ilki seçkidə milyonlarla insan qeyri-leqal səs verdiyindən səslərin ümumi sayında rəqibinə, keçmiş dövlət katibi Hillari Klintona məğlub olub. Bununla belə D.Tramp dediklərini təsdiqləyən sübutlar təqdim etməyib. 

Bizimesr.az 


Загрузка...


Oxunub: 7150 dəfə