"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, "Anonymous" "Youtube"da paylaşdığı 6 dəqiqəlik videoda "Koreya yarımadasında müharibə əlamətləri görünməyə başlayıb. ABŞ prezidenti Donald Trampın ötən həftə "Minuteman 3" ballistik raketini test etməsi, Çinin rəsmi şəxslərinin vətəndaşlarını Şimali Koreyadan geri çağırması, ABŞla Şimali Koreya arasındakı gərginlik, Yaponiyanın ölkə vətəndaşlarına mümkün nüvə hücumuna hazır olmaq barədə xəbərdarlığı kimi məsələlər müharibənin mümkünlüyünü daha da artırır" deyilib.

Xaker qruplaşması bu müharibənin daha dağıdıcı, sürətli və dəhşətli olacağını bildirib.

Bizimesr.az