Dövlət sirrini ələ keçirmək istəyən-CASUS GƏLİNLƏR

  • Bölmə: Region  
  • Tarix: 9 may 2017 [12:19]

Türkiyədə FETÖ terror təşkilatı dövlət sirlərini ələ keçirmək üçün casus gəlinlərdən istifadə edirmiş. FETÖ yüksək vəzifəli məmurları "əldə saxlayan" gözəl və cazibədar qızlardan ibarət dəstə toplayıb.

Publika.az xəbər verir ki, FETÖ ilə bağlı aparılan cinayət işində bununla bağlı detallar ortaya çıxıb.

İstintaq materiallarına görə, FETÖ-nün evlilik kataloqu da var imiş. Araşdırmalar nəticəsində müəyyən olunub ki, dövlətin mühüm instansiyalarına sızan, subay ictimai-siyasi xadimlərə nəzarət edən bu qadınlar məxfi sirləri təşkilata daşıyıblar. Onlar ərlərini FETÖ-nün işinə alət ediblər. Hətta casus qızlar gözəlliklərinə görə, kateqoriyalara da bölünürmüş.

FETÖ-nün gözəl və ağıllı qadınları milli ordu zabitləri, prokuror, hakim, MİT mənsubları, yüksək rütbəli hüquq-mühafizə işçiləri və digər məmurlarla evləndirilib.

FETÖ terror təşkilatı agent gəlinlərin onlara ötürdüyü məxfi məlumatlarla dövlət qulluqçularının, zabitlərin, polis məmurlarının məxfi işləri haqqında arxiv formalaşdırıb.

Bizimesr.az 


Загрузка...


Oxunub: 40200 dəfə