Moskvada 10 min əsgər bir araya gəldi - Canlı yayım

  • Bölmə: Region  
  • Tarix: 9 may 2017 [12:01]

Rusiyanın paytaxtı Moskvada Qırmızı Meydan ərazisində İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 72-ci ildönümü münasibətilə “Zəfər keçidi” adı altında təntənəli hərbi parad keçirilir.

Axar.az xəbər verir ki, yerli vaxtla 10:00-da başlayan paradda 10 min hərbçi, 114 hərbi texnika, 72 uçuş aparatı iştirak edir.

3 hissədən ibarət “Zəfər keçidi”də yeni yaradılan Tor-M2DT qısa mənzilli təyyarə əleyhinə raket sistemi, Pantsir-SA qurudan havaya müdafiə sistemi və Su-30SM təyyarələri də nümayiş olunur.

Qeyd edək ki, paradda Rusiya dövlət başçısı Vladimir Putin və ölkənin bir sıra rəsmi şəxsləri, ali rütbəli hərbçiləri iştirak edir.

Bizimesr.az


Загрузка...




Oxunub: 43840 dəfə