Britaniya polisi ən cazibəli şübhəlini axtarır

  • Bölmə: Dünya  
  • Tarix: 6 may 2017 [12:40]

Böyük Britaniyanın Xartfordşir qraflığının hüquq mühafizə orqanları narkotik saxladığında şübhəli bilinən 18 yaşlı Keti Kertisi axtarır. "Bizimxeber" Life-a istinadən məlumat verir ki, britaniyaalılar axtarılan qızı "ən cazibədar şübhəli" adlandırıb. 
İnternet istifadəçiləri də həmçinin Kertisin gözəlliyinə heyran olub. Hətta Facebook sosial şəbəkəsində yer alan müzakirələr zamanı qızın axtarışında iştirak etmək üçün könüllü olanlar da tapılıb.
Daha əvvəl bənzər olay ABŞ kaliforniya ştatında yaşanmışdı. Belə ki, 32 yaşlı müttəhim Ceremi Miks ABŞ-ın ən gözəl cinayətkarı gizli titulunu almışdı. Qanunsuz silah saxlamaqda təqsirləndirilən kaliforniyalı gözəl cəzasını çəkib azadlığa çıxdıqdan sonra Nyu-Yorkun ali moda həftəsinə qatılmışdı.

Bizimesr.az
 


Загрузка...


Oxunub: 17510 dəfə