Lüt rəssam muzeydə-ŞƏFFAF QUTUDA-FOTO

Nyu-Yorkun Metropol muzeyində polis özünü rus rəssam kimi təqdim edən lüt adamı həbs edib. “Bizimxeber” məlumat verir ki, həmin ərəfədə muzeydə Met Galanın bal gecəsi keçirilmiş.
“Bizimxeber”The New York Daily News-a istinadən  hadisə barədə məlumat verir ki, 41 yaşlı Fyodr Pavlovu muzeyə köməkçiləri şəffaf qutuda gətirib.
Polis ondan qutudan çıxmağı tələb etsə də o imtina edib. Qutudan zorla çıxarılan rəssamı ağ parçaya büküb zaldan çıxarıblar.
Qəzetin yazdığına görə, Pavlov ictimai asayişi pozmaqda, qorunan əraziyə qanunsuz keçməkdə və polisə müqavimətdə  ittiham edilir.
Dünən , mayın 2-də azadlığa buraxılsa da cümə günü, mayın 5-də məhkəmə qarşısına çıxmalıdır.
Daha əvvəl Nyu-Yorkda pop-art rəssamlığın banisi hesab edilən Ceyms Rozenkvistin öldüyü barədə məlumat yayılmışdı.

Bizimesr.az 


Загрузка...


Oxunub: 9440 dəfə