Kabildəki partlayışı törədən bəlli oldu

  • Bölmə: Dünya  
  • Tarix: 3 may 2017 [13:00]

Bu gün Əfqanıstanın paytaxtı Kabildə NATO-nun avtomobil karvanına olan silahlı hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
“Bizimxeber” Reuters-ə istinadən məlumat verir ki, terrorçu kamikadze özünü ABŞ səfirliyi yaxınlığında partladıb.
Partlayış nəticəsində iki mülki avtomobilə ziyan dəyib. 8 ölü , 25-dən çox yaralı olan partlayışda əsas hədəf olan NATO zirehli maşınları çox da zədə almayıb.
Yaralıların arasında 3 amerikalı hərbçi də var.

Bizimesr.az


Загрузка...


Oxunub: 8020 dəfə