Bu gecə parlament buraxıldı

Böyük Britaniya Parlamenti çərşənbə gecəsi , 3 mayda buraxıldı. “Bizimxeber”Lenta.ru.-ya istinadən bildirir ki, parlament növbədənkənar seçkilər səbəbilə buraxılıb. 
Britaniya qanunlarına əsasən parlament seçkilərə 25 iş günü qalanda buraxılmalıdır.
“Səsvermə proseduru 8 iyuna təyin edilib. Bunun üçün də parlament 00:01 çərşənbə günü , mayın 3-də buraxılacaq”, -mətbuat xidmətinin xəbərində deyilir.
Baş nazir Tereza Mey çərşənbə günü rəsmi olaraq  ali qanunverici orqanın  buraxıldığını  Kraliça II Yelizavetaya bildirəcək.
Növbədənkənar seçkilərin keçirilməsini aprelin 19-da deputatların əksəriyyəti  522 səslə (etiraz edən 13 səs) qəbul edib. Mey özü isə parlamentə növbədənkənar seçki keçirilməsi qərarını Brexit prosedurunda müxalifət partiyalarının mane olmasının qarşısını almaq istəyi ilə əlaqələndirib.

Bizimesr.az 


Загрузка...


Oxunub: 7260 dəfə