Çexiyada böhran: Baş nazir istefa verdi

  • Bölmə: Dünya  
  • Tarix: 2 may 2017 [17:44]

Çexiyanın Baş naziri Bohuslav Sobotka maliyyə naziri Andrey Babişin vaxtilə vergi ödəməkdən yayındığını gizlətməkdə şübhəli bilinməsi ilə əlaqədar vəzifəsindən istefa verib.

Trend-in məlumatına görə, B.Sobotka Çexiya Prezidenti Miloş Zemana bu həftə hökümətin istefasını təqdim edəcəyini bildirib.

Bəzi KİV-lər bunun ölkədə parlament seçkilərinə 6 ay qalmış hökumət daxilində böhranın olduğunu göstərdiyini yazır.

Qeyd edək ki, A.Babiş ölkənin ən zəngin ikinci iş adamıdır.

Bizimesr.az

 


Загрузка...


Oxunub: 4410 dəfə