Malaziyadan sonra Braziliya da təqvimdən çıxacaq?

  • Bölmə: Dünya  
  • Tarix: 27 apr 2017 [13:59]

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Braziliya Qran Prisinin Formula1 təqvimindən ayrılması ehtimalı var.

F-1.az bildirir ki, Braziliya höküməti İnterlaqos üçün artıq bir dollar belə xərcləmək fikrində deyil. Buna görə də yarışın gələcəyi təhlükə altındadır.

Berni Ekklstoun: “San Paulunun bələdiyyə başçısı ilə danışıqlar apardıq və öyrəndik ki, tras üçün artıq bir dollar belə xərcləmək istəmirlər. Trası satmağı düşünürlər. Bələdiyə başçısı mənim trasla maraqlanıb-maraqlanmadığımı soruşdu. Mən də bazarı araşdırdım və alıcı tapmağa çalışıram. İdman üçün çox vacib olan İnterlaqos trasından imtina etməməliyik. Əgər yarış təşkilatçısı tapa bilməsək, burada növbəti yarış keçirilməyə bilər. Ümid edirəm ki, problemlər qısa müddət ərzində həll olunar və Formula1 üçün vacib olan bu tras təqvimdə qalar”.

Bizimesr.az


Загрузка...


Oxunub: 7320 dəfə