Britaniya bu ölkənin ərazi bütövlüyünü tanıdı

  • Bölmə: Dünya  
  • Tarix: 27 apr 2017 [09:12]

Britaniyanın xarici işlər naziri Boris Conson rəsmi Londonun Krımın Rusiyaya birləşdirilməsi ilə razılaşmadığını bildirib.

"Report"un məlumatına görə, bu barədə "Sky News" xəbər verib.

«Biz Avropanın bütün ölkələrinin ərazi bütövlüyündə və suverenliyində israrlıyıq, həmçinin Krımın Rusiyaya qeyri-qanuni ilhaq edilməsini qəbul etməkdən imtina edirik" - deyə Britaniyanın xarici işlər naziri öz fikirlərini ifadə edib.

Conson həmçinin vurğulayıb ki, London ABŞ-ın Suriyada rəsmi Dəməşq tərəfindən kimyəvi silahdan istifadə edilməsinə qarşı hərəkətlərini dəstəkləməkdə davam edir.

Britaniyanın xarici işlər naziri bundan əvvəl isə Moskvanı İŞİD terror qruplaşmasına qarşı mübarizə aparan qərb koalisiyasına qoşulmağa çağırıb.

Bizimesr.az


Загрузка...


Oxunub: 14620 dəfə