Bu namizəd İrandakı seçkilərə buraxılmadı

  • Bölmə: Region  
  • Tarix: 21 apr 2017 [10:04]

Mahmud Əhmədinejad İranda keçiriləcək prezident seçkilərində iştiraka buraxılmayıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

İranın Daxili İşlər Nazirliyinin Seçkilərin keçirilməsi üzrə Qərargahının açıqladığı siyahıya əsasən, mayın 19-da dövlət başçısı postu uğrunda keçiriləcək seçkilərdə cəmi altı namizəd mübarizə aparacaq:

Mustafa Ağa Mirsəlim, İshaq Cahangiri, Həsən Ruhani, İbrahim Raisi, Məhəmməd Baqir Qalibaf və Mustafa Haşimi Taba.

Bizimesr.az


Загрузка...


Oxunub: 6740 dəfə