Ərdoğanın xaricdən aldığı səslər təəccüb doğurdu

  • Bölmə: Region  
  • Tarix: 17 apr 2017 [11:27]

Türkiyədə dünən keçirilən Konstitusiya dəyişiklikləri ilə bağlı ölkə xaricindən gələn səslərin nəticələri açıqlanıb.

Axar.az xəbər verir ki, daha çox “Hə” cavabı çıxan ölkə Livan olub. Burada seçicilərin 93,88 faizi dəyişikliyi dəstəkləyib.

Konstitusiya dəyişikliyinin əleyhinə ən çox səs isə Tailanddan gəlib. Buradakı türklərin 87,08 faizi dəyişikliyin əleyhinə çıxıb.

Ən maraqlı nəticə Avropadan gəlib. Belə ki, Almaniya, Hollandiya, Belçika, Avstriya, Danimarka, Fransa, Lüksemburq, Norveç və Kosovada seçicilərin əksəri “Hə” cavabı verib. Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, İraq, Qətər, Küveyt və İordaniyada isə “Yox” tərəfdarları üstünlük qazanıblar.

ABŞ, Rusiya, Çin, İngiltərə, İsrail və İranda yaşayan türklər də dəyişikliklərə “Yox” deyiblər.

Ümumilikdə ölkə xaricində səs verən türlərin 59,09 faizi (831.043 seçici) dəyişikliyi dəstəkləyib, 40,91 faizi (575.288 seçici) referendumda “Yox” deyib.

Qeyd edək ki, ötən gün keçirilən səsvermədə “Hə” tərəfdarları 51,18 faiz səslə qalib gəlib.

Bizimesr.az


Загрузка...


Oxunub: 7720 dəfə