Tiflisdə pul dəyişmədən öncə bunları bilməlisiz – TORA DÜŞMƏYİN!

  • Bölmə: Region  
  • Tarix: 7 apr 2017 [11:39]

"Gürcüstanda son 2-3 üç ildə valyutadəyişmə məntəqələrində vəziyyət dəyişib. Əvvəllər valyutanı faktiki olaraq hər yerdə dəyişə bilərdiniz və aldanmayacaqdız. Maksimum, məzənnə dəyişikliyində bir az itirə bilərdiniz. İndi isə bu problemə çevrilib". 

Fins.az-ın verdiyi xəbərə görə, bu haqda gürcü bloqeri Teymuraz Abaşidze öz hesabında  paylaşıb. Puşkin küçəsində çəkilən fotoşəkilləri şərh edən bloger orada məzənnənin düzgün göstərilmədiyini vurğulayıb: 
"Fotoşəkilə diqqətlə baxın. Onun özəlliyi ondadır ki, burada bir neçə fırıldaqçılıq tipi birdən görünür.
1. Ən künc exchange. Tablo fırlanır, hər şey gözəldir. Amma burada kurs 2,42 deyil, 2.042-dir. İnsan psixologiyası o sıfıra diqqət yetirmir. Çox nahaq... fərq təxminəm 20%-dır.
2. İkincisi, daha yaxını. Burada daha da şərəfsiz variantdır: məzənnə çox sərfəli, lakin tabloda qara fonda tünd qırmızı rəngdə və yalnız gürcü əlifbası ilə "Komissiya haqqı - 9%" yazılıb. Belə bir valyutadəyişmə məntəqələri şəhər üzrə bir neçə dənədir - məsələn, Rustavelli prospektində.
3. Ən yaxın və yeganə normal olan məntəqə. Yaxşı kurs (hətta deyərdim həmişə belə olur), 0% komissiya.
Bu da mənim valyutadəyişmə məntəqələrinin Top-list-i:
Mardjanişvili meydanı "Crustabelt" totalizatorunun yanındakı mağazada;
Cavaxişvili meydanının küncündə, Avlabar tərəfdən gələrkən işıqforun tam arxasında.
Kazbeqi və Pekin küçələrinin kəsişməsində.
Bu məntəqələrin hamısında demək olar ki, il boyu ən yaxşı məzənnə olur.
Məsələn, bu günlərdə Maydanda turistlərə pul dəyişmək lazım oldu və biz risk edib gözümüzün önünə düşən ilk "Exchange" yazılan zirzəmiyə daxil olduq. Tabloda məzənnə yazılmamışdı. Kurs məntəqə işçisində kağızda əl ilə yazılmışdı: 2.15. Mən gözlərimə inanmadım və qızdan yenidən kursu soruşdum. Bu vaxt aydın oldu ki, 2,25-dir.

Nəticə: kurs tabloda yazılmayıbsa, ora girib vaxtınızı və pulunuzu itirməyin.

Bir neçə ay öncə Gürcüstanın Milli Bankı valyuta xaosundan bezərək bütün məntəqələrlə bağlı qanun qəbul etdi. Onlara tabloda məzənnəni göstərmək tövsiyə olundu. Lakin yerində, bunu icarə edəcək heç kimə rast gəlmədik. Bütün bu müddət ərzində müvafiq bölməyə yalnız iki valyutadəyişmə məntəqəsində rast gəldim. Birində qürürla yalnız 0-lar yazılmışdı, digərində 8,37 ya da ona oxşar və real məzənnəyə heç bir dəxli olmayan məzənnə yazılmışdır".
Azərbaycandan Gürcüstana gedən turistlərə pullarını yalnız banklarda dəyişməsini tövsiyə edirik.
Bizimesr.az

Загрузка...


Oxunub: 15020 dəfə