Tbilisidə bomba həyəcanı - şəhərin mərkəzindən insanlar təxliyə olundu

  • Bölmə: Region  
  • Tarix: 5 apr 2017 [20:56]

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi hissəsində polislər təxliyə işləri görür.

Trend xəbər verir ki, buna səbəb partlayıcı qurğunun aşkar olunması barədə daxil olmuş məlumatdır.

Ölkənin Daxili İşlər Nazirliyi isə məlumat verir ki, şəhərin köhnə hissəsində yollar bağlanıb. Polis qüvvələri Metexi məbədi yaxınlığında partlayıcı maddənin axtarışı ilə məşğuldur.

Bizimesr.az


Загрузка...


Oxunub: 14030 dəfə