Polis avtomobilinə hücum-2 polis yaralanıb

  • Bölmə: Region  
  • Tarix: 3 apr 2017 [11:04]

Bu gün səhər saatlarında Türkiyənin Mersin əyalətinin Mezitli rayonunda polis avtomobilinə edilən hücum nəticəsində iki polis əməkdaşı yaralanıb.

“Report” Haber7-yə istinadən xəbər verir ki, bu haqda rayon təhlükəsizlik idarəsinin müdiri Mehmet Şahne bildirib.

Maşında olan bir nəfər kişi xidməti vəzifələrini icra edən polislərin olduğu avtomobilə partlayıcı atıb.

Məlumata görə, yaralı polislər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin normal olduğu bildirilir.

Hadisə yerinə polis cəlb edilib. Hadisə ilə bağlı axtarış-əməliyyat tədbiri başlayıb.

Bizimesr.az


Загрузка...


Oxunub: 5180 dəfə