Azərbaycan şəhərində xalq ayağa qalxdı - Foto

  • Bölmə: Region  
  • Tarix: 29 mar 2017 [14:13]

Kərkükdə bir qrup türkman İraq Kürd Muxtar Vilayətinin bayrağının rəsmi təşkilatlarda asılması qərarına görə etiraz aksiyasına başlayıb.

"Bizimesr" xəbər verir ki, türkmanlar öz bayraqlarını valilik binasından asmaq üçün binaya daxil olmağa cəhd edirlər.

Qərara etiraz edən kütləni valiliyin nümayəndələri sakitləşdirməyə çalışır.

Qeyd edək ki, Kərkük Bölgə Məclisi bölgədəki bütün rəsmi idarələrə İraqla yanaşı İraq Kürd Muxtar Vilayətinin də bayrağının asılması haqqında qərar qəbul edib. Rəsmi Bağdad bu qərara etiraz edib və qərara yenidən baxılmasını məsləhət görüb.

Bizimesr.az



Загрузка...


Oxunub: 4530 dəfə