Yerevan yenə çalxalanır: daha bir etiraz aksiyası

  • Bölmə: Region  
  • Tarix: 18 mar 2017 [22:37]

Ermənistan hökuməti yenidən mitinqçiləri aldadaraq, onların tələblərinə cavab verməyib. Buna cavab olaraq, nümayişçilər daha bir tələb irəli sürüblər – Artur Sarkisyanın ölümündə təqsirlilərin hamısı barəsində cinayət işinin başlanması.

Bu gün Şayen Arutyunyanı və onun dostlarını sosial şəbəkələrdə təhdid ediblər. Günorta isə Respublika meydanında mitinq iştirakçılarını qorxutmaq məqsədilə atəş səsləri eşidilib.

Şayen Arutyunyan Artur Sarkisyanın məktubunu oxuyan zaman mitinqə toplaşanlar “Serjik – cəhənnəm ol” şuarı səsləndiriblər,

Elə bu gün Ermənistan hakimiyyəti Artur Sarkisyanın cəsədinin ekspertizasının aparılması barədə göstəriş verib, halbuki vəkillər müstəqil ekspertlərin dəvət olunmasını tələb etmişdilər.

Mitinq iştirakçılarının yazılı tələbinə cavab zərurəti aradan qalxıb və hazırda insanlar yürüşlə hökumət binasına tərəf irəliləyirlər. Onlar “Artur”, “Çörək verəni öldürdülər”, “Serj qatildir” və “Biz həll edirik” şüarları səsləndirirlər.

Aksiya təşkilatçıları polisin və rejimin təxribat törətmək niyyətini gözəl anlayır ki, nümayişçiləri dağıtmağa bəhanə olsun, buna görə də, hər bir hərəkət təşkil olunmuş formada həyata keçirilir.

Bizimesr.az


Загрузка...


Oxunub: 6770 dəfə