Türkiyə də dənizdə neft axtarışlarına başlayacaq

  • Bölmə: Region  
  • Tarix: 10 mar 2017 [10:45]

Türkiyə artıq bu il Aralıq dənizi və Qara dəniz akvatoriyalarında neft və qaz axtarışları üçün kəşfiyyat və qazma işlərinə başlayacaq.

Trend-in məlumatına görə, bunu ABŞ-da energetika konfransında çıxış edən Türkiyənin energetika və təbii reusrslar naziri Berat Albayrak deyib.

Nazir qeyd edib ki, Türkiyə energetika sahəsində ciddi dəyişikliklər və iri investisiyalarla müşayiət olunan yeni bir dövrə daxil olur.

B.Albayrak vurğulayıb ki, dünya neft və qaz ehtiyatlarının 60 faizi bilavasitə Türkiyə ərazisinin yaxınlığında yerləşir.

Bizimesr.az


Загрузка...


Oxunub: 6130 dəfə