Azərbaycan hərbçiləri Ermənistana məxsus PUA-nı məhv etdi

  • Bölmə: Hərb  
  • Tarix: 2 mar 2017 [18:35]

Cəbhədə Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, martın 2-si günorta saatlarında cəbhənin Ağdam istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vaxtında aşkar olunaraq atəşlə məhv edilib.


Загрузка...


Oxunub: 8000 dəfə