Türkiyədə gün ərzində ikinci dəfə zəlzələ oldu

 

 


Türkiyənin Çanaqqala bölgəsində bu gün ikinci dəfə zəlzələ baş verib

 

“Report” bildirir ki, ikinci yeraltı təkanlar 5 bal gücündə olub.
İnformasiyaya əsasən, 58 dəfə yeraltı təkan olub. Təbii fəlakət nəticəsində bölgənin Yuxarıköy yaşayış məntəqəsində 4 nəfər yaralanıb, 50-yə yaxın evə zərər dəyib.
Xəbərdə bildirlib ki, əyalətin Çamköy kəndində 4, Babkaledə 1, Koyunevində 1, Gükpınarda 7, Kızılkeçelidə 5, Tuzlada 4, Balabanlıda 2, Bademlidə 8 və Ahmetçidə 2 evə ziyan dəyib.
Birinci zəlzələ də tələfatsız və ziyansız ötüşməyib. Belə ki, Gülpınar kəndində bəzi evlərin divarları uçub. İlkin məlumata əsasən, təbii fəlakət nəticəsndə xeyli heyvan da tələf olub.
Bizimesr.az

Загрузка...


Oxunub: 6690 dəfə