Əsgər Qalstyan postda özünü güllələdi - Düşmən ordusunda daha bir itki

Ermənistan ordusunda daha bir əsgər itkisi qeydə alınıb.

Ermənistanın İstintaq Komitəsinin bildirdiyinə görə bu gün səhər 08.50 radələrində əsgər Şavarş Qalstanın cəsədi “N” saylı hərbi hissənin döyüş postlarından birində aşkar olunub. Onun çənə nahiyəsindən güllə yarası aldığı bildirilir. Məlumata görə əsgər intihar edib, faktla bağlı cinayət işi qaldırılıb.

Bu, erməni silahlı qüvvələrində son 10 gün ərzində qeydə alınmış 5-ci əsgər itkisidir. Belə ki, 3 əsgər döyüş şəraitində, 2-i qeyri-döyüş şəraitində həlak olub. (Virtualaz.org)

Bizimesr.az


Загрузка...


Oxunub: 6770 dəfə