Qarabağda müharibə qaçılmazdır” – Rusiyalı ekspert

  • Bölmə: Hərb
  • Tarix: 22 dek 2016 [12:04]

Cənubi Qafqaz məsələləri üzrə rusiyalı ekspert Andrey Epifançev Dağlıq Qarabağda yeni müharibənin qaçılmaz olduğunu bəyan edib.

Bu barədə ekspert “Azadlıq Radiosu”nun Rusiya bölməsinə açıqlamasında bildirib.

“Yeganə sual müharibənin nə vaxt başlayacağı və hansı formatda olacağıdır. Mən münaqişənin danışıqlar yolu ilə həlli perspektivini görmürəm”, – deyə Epifançev vurğulayıb.

Rusiyalı ekspert, həmçinin Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın Qarabağ münaqişəsinin həllinin açarının Moskvanın əlində olması barədə fikri ilə razılaşmadığını bəyan edib.

“Aprel döyüşlərinin dördüncü günü Moskvanın müdaxiləsi ilə tərəflər atəşkəs barədə razılığa gəliblər. Əgər yenidən hərbi əməliyyatlar başlasa, onda Moskva yenidən diplomatik yollarla hadisələrə müdaxilə etməyə çalışacaq. Lakin Ermənistan rəsmi Moskvadan hərbi yardım gözləməməlidir”.

Biziməsr.az 


Загрузка...


Oxunub: 5180 dəfə