Müdafiə nazirliyindən -Rəsmi açıqlama

Azərbaycan Müdafiə Nazirliyi yerli KİV-lərdə cəbhə bölgəsində düşmənlə təmas xəttində gərginliyin yaranması, döyüşlərin getməsi, Ermənistan silahlı birləşmələri tərəfindən ölən və yaralananların olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, erməni silahlı bölmələrinin təxribatlarının qarşısı qətiyyətlə alınır:

“Düşmənlə qarşıdurma xəttində əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarətindədir”.

Biziməsr.az 


Загрузка...


Oxunub: 5870 dəfə