Bakıda avtoşluq edən qadın polis saxlanıldı – FOTO

akının mərkəzində avtoşluq edən xanım polis tutulub. Polis əməkdaşı olan 30 yaşlı Esmira Zahir qızı Neymətova idarə etdiyi bahalı 10 MA 084 dövlət nömrə nişanlı Jeep markalı avtomobillə Neftçilər prospektində avtoxuliqanlıq edib. 

Polis əməkdaşları onu saxlayaraq maşını cərimə meydançasına aparıb. Bu zaman E.Neymətova polislərə etiraz edərək yüksək vəzifəli adamların adından istifadə edərək məsuliyyətdən yayınmaq istəyib.

Araşdırma zamanı E.Neymətovanın adından istifadə etdiyi şəxslə əlaqə saxlanılıb və o, qızı tanımadığını deyib. Hazırda qız Səbail rayon Məhkəməsinə aparılıb. Onun barəsində tədbir görüləcək. E.Neymətova Bakıda polis işləyir. Onun hansı vəzifədə olması açıqlanmır. (criminal.az)

Bizimesr.az

qaynarimage484277


Загрузка...


Oxunub: 4550 dəfə