Binali Yıldırım telefonla elçilik etdi -VİDEO

Türkiyə baş naziri Binəli Yıldırım bayram namazını Üsküdar Mərmərə Universitetinin İlahiyyət Fakültəsi Məscidində qıldıqdan sonra Üsküdar Çevik Polis Alayında polislərlə nahar edib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, görüş zamanı polislərdən biri baş nazirə müraciət edərək bildirib ki, sevdiyi qızı onun üçün ailəsindən istəsin. Binəli Yıldırım da qızın ailəsinə zəng edərək qızı oğlan üçün istəyib və razılıq alıb.

Daha sonra o, polisin anasına zəng edərək qızı oğullarına istədiyini və bununla da elçilik işinin baş tutduğunu söyləyib.

Bizimesr.az


Загрузка...




Oxunub: 7250 dəfə