Nazirlik: “Əsgərimiz düşmən atəşindən həlak olmayıb”

  • Bölmə: Hərb  
  • Tarix: 31 avq 2016 [10:11]

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun əsgərinin ermənilərin açdığı atəş nəticəsində həlak olmasını təkzib edib. Lent.az-ın məlumatına görə, bu barədə nazirliyin saytı xəbər yayıb. 

Məlumatda bildirilir: “Bəzi kütləvi informasiya vasitələrində Şəmkir rayonundan hərbi xidmətə çağırılmış əsgər Qəmbərov Vüsal Razim oğlunun düşmənin açdığı atəş nəticəsində həlak olması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil”.

Nazirliyin məlumatında o da qeyd olunub ki, hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb və hazırda araşdırma aparılır.

“Müdafiə Nazirliyi növbəti dəfə kütləvi informasiya vasitələrinə müraciət edərək bildirir ki, Silahlı Qüvvələrimiz haqqında yoxlanılmamış və rəsmi təsdiq edilməmiş məlumatların verilməsi qəbuledilməzdir”.

Bizimesr.az


Загрузка...


Oxunub: 9210 dəfə