Bakıda biznes forum keçiriləcək

Gələn ay Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçiriləcək.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, forum sentyabr ayının 29-30-da olacaq.

Tədbir çərçivəsində Bolqarıstanın energetika naziri Violet Petkova və iqtisadiyyat naziri Bojidar Lukarskinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək. 

Forum Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova ilə Sofiya Ticarət-Sənaye palatasının sədri Qeorqi Çernev arasında avqust ayının 11-də keçirilən görüşdə də ətraflı müzakirə olunub. 

Azərbaycana səfər edəcək nümayəndə heyətinə energetika, maşınqayırma, neftayırma, tikinti, nəqliyyat, İKT, şərabçılıq, turizm, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən iş adamları daxil olacaq. Biznes-forumda hər iki ölkənin iş adamları arasında əməkdaşlıq imkanları müzakirə olunacaq, şirkətlər arasında ikitərəfli görüşlər keçiriləcək.

Bizimesr.az 


Загрузка...


Oxunub: 4630 dəfə