Hakan Şükür və atasının saxlanılması barədə qərar verilib

 Türkiyənin tanınmış sabiq futbolçusu və deputatı Hakan Şükür və atasının saxlanılması barədə qərar verilib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Sakarya Respublika Prokurorluğunun Fətullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdinə dair araşdırması çərçivəsində keçmiş millət vəkili Hakan Şükürün tutulması üçün iş başlanılıb.

Məlumata görə, ölkə xaricinə çıxan Şükür "silahlı terror təşkilatına üzv olmaq"da ittiham edilir.

Hakan Şükür və ailəsi ötən ilin dekabr ayında Türkiyədən gedib. Onun atası Selmet Şükür haqqında da saxlanılma qərarı çıxarılıb.

Bizimesr.az 


Загрузка...


Oxunub: 4300 dəfə