Arda Turana hücum ediblər -VİDEO

 İspaniya "Barselona"sının futbolçusu Arda Turan klub azarkeşlərinin hücumuna məruz qalıb. "Report"un məlumatına görə, hadisə türkiyəli hücumçunun klub bazasından avtomobili ilə çıxdığı vaxt baş verib.

Bazanın qapısı qarşısında gözləyən bir qrup fanat onun avtomobilini saxlayaraq, ondan avtoqraf istəyib. Arda isə maşının şüşələrini açmamağı üstün tutub. Azarkeşlərin israrlı davranışı qarşılığında futbolçu əsəblərinə hakim ola bilməyib. Əvəzində fanatlar onu söyərək, avtomobilinə zərbələr endiriblər. 

Bizimesr.az 


Загрузка...




Oxunub: 6120 dəfə