İŞİD 200 min insanı mühasirədə saxlayır

İraqın Kərkük vilayətinin Həvicə bölgəsində yaşayan 200 mindən çox iraqlı İŞİD terrorçularının mühasirəsinə düşüb. Bu barədə İraq hökuməti açıqlama verib.
 
Məlumata görə, Kərkükün Həvicə rayonunun məcburi köçkünlər təşkilatının sədri Ömər əl-Nəimi deyib ki, İŞİD terror qruplaşması bu bölgənin 200 mindən çox sakinini mühasirəyə alıb. Onun sözlərinə görə, hazırda sözügedən əhali ərzaq və tibbi ləvazimat böhranından əziyyət çəkir: “Bundan əlavə, Həvicə rayonunda həyat şəraiti çox acınacaqlıdır və bir neçə uşaq həlak olub”.
 
Ömər əl-Nəimi İraq hökumətini təcili olaraq müvafiq addımlar atmağa çağırıb: “Əgər hökumət İŞİD-ə qarşı addım atmasa, Həvicə rayonunun minlərlə sakini yaxın günlərdə dəhşətli insan faciəsi yaşayacaq”.
 
İraq parlamentində təmsil olunan Kərkük vilayətinin deputatı Məhəmməd Təmim də bəyanatla çıxış edərək bildirib ki, Həvicə əhalisi İŞİD terror qruplaşmasının soyqırımına məruz qalma təhlükəsi ilə üzləşib: “Təkcə son 4 gün ərzində 112 nəfər dinc sakin İŞİD tərəfindən edam olunub. İraq hökuməti təcili addımlar atmalıdır”. 

 

Bizimesr.az


Загрузка...


Oxunub: 5690 dəfə