"SOCAR LPG" təsis olundu, xanım direktor təyin edildi - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə qurumu "SOCAR Energy Ukraine" mayeləşdirilmiş qazın topdan və pərakəndə satışını həyata keçirmək üçün yeni şirkəti qeydiyyatdan keçirib.
"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, "SOCAR LPG" adlı şirkət Çerkasıda qeydiyyatdan keçib.
Şirkətə Yekaterina Tamrazova rəhbər təyin olunub. O bildirib ki, yeni qurumun yaradılması SOCAR-ın Ukrayna nümayəndəliyinin strukturunda təbii qaz istiqamətinin gücləndirilməsi ilə əlaqədardır.
Y.Tamrazova avqustun 1-dən vəzifəsini icra edir. 
Bizimesr.az 

Загрузка...


Oxunub: 10950 dəfə