Rusiya helikopteri vuruldu -Suriyada

Suriyanın İdlib əyalətində Rusiya Hərbi-Kosmik Qüvvələrinə məxsus Mi-8 helikopteri vurulub.

Virtualaz.org “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi helikopterin vurulması xəbərini təsdiqləyib.

Helikopterin göyərtəsində 5 nəfər olub. 3 ekipaj üzvü və Suriyada Düşmən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin 2 zabitinin taleyi aydınlaşdırılır.

"Twitter" sosial şəbəkəsində hadisə yerindən fotoşəkillər dərc olunub. Həmin fotolarda ekipaj üzvlərinin yanmış cəsədləri görünür.

Bizimesr.az


Загрузка...


Oxunub: 2890 dəfə