Ukraynada hərbi zavodda partlayış – 3 nəfər ölüb

Ukraynanın Sumskaya vilayətində “Ukroboronprom” dövlət konserninin müəssisəsində partlayış baş verib. 

"Qaynarinfo.Az" Rusiya mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində biri NATO nümayəndəsi olmaqla, 3 nəfər ölüb.

Partlayış utilizasiya üçün gətirilmiş döyüş sursatlarının qəbulu zamanı baş verib. Ukraynanın Mərkəzi Region Hərbi Prokurorluğunun  məlumatına görə, insident nəticəsində 3 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.

Qeyd edək ki, iki gün öncə Azərbaycanın Şirvan şəhərindəki hərbi zavodda partlayış baş verib. Nəticədə 2 nəfər həlak olub, çox sayda yaralı var.

Bizimesr.az 


Загрузка...


Oxunub: 2660 dəfə