Uorlik:"Prezidentlər razılığa gəliblər."

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində ATƏT-in monitorinq qrupunun genişləndirilməsi məsələsində razılığa gəlib. 

 “RİA Novosti” xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib 

“Minsk qrupunun həmsədrləri prezidentlərin Vyana və Peterburqda gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar prosesinin sonrakı inkişafa dair götürdükləri öhdəliklərin reallaşdırılması istiqamətində aktiv iş görür. Prezidentlər Qarabağda təmas xətti və Azərbaycan-Ermənistan sərhədində ATƏT-in monitorinq qrupunun genişləndirilməsi məsələsində razılığa gəlib. Hər iki tərəfdən yüksək səviyyəli rəsmi şəxslərin cəlb olunması ilə münaqişənin nizamlanması üzrə danışıqların davam etdirilməsi planlaşdırılır. Diplomatik istiqamətdə proses tərəflər arasında gərginliyin azaldılması üçün vacibdir”-deyə Uorlik açıqlamasında qeyd edib.

 

Bizimesr.az


Загрузка...


Oxunub: 17690 dəfə