Xoşqədəmlə Doğuş mitinqdə - FOTOLAR

Türkiyədə 15 iyul qiyamından sonra müxtəlif şəhərlərdə "demokratiyaya növbəsi" mitinqləri keçirilir. "Qaynarinfo.Az" xəbər verir ki, belə mitinqlərdən biri Antalyada baş tutub.

Aksiyaya türk müğənni Doğuş və həyat yoldaşı, azərbaycanlı teleaparıcı Xoşqədəm Hidayətqızı da qatılıb. Onlarla yanaşı, müğənni Alişan, Mustafa Ceceli, Nihad Doğan, Murad Dalkılıç, Kutsi, Berkay, Bengü, Yeşim Salkım, aparıcı Ece Erken və başqaları da aksiyada iştirak edib.

Türkiyəyə xəyanətkarların hücum etdiyini deyən Doğuş təəssüratlarını bölüşüb: "Adını çəkməyəcəyəm, amma başqa şərəfsizlər belə bizə bu qədər şərəfsizlik etmədi. Allah "Demokratiya növbəsi" tutan insanlardan razı olsun. Sizlərin köməkliyi ilə uşaqlarımın gələcəyi olacaq".

X.Hidayətqızı isə televiziya hərbi çevrilişə cəhdi öyrəndiyi an göz yaşlarını saxlaya bilmədiyini deyib. O, bir azərbaycanlı olaraq hər zaman Türkiyənin yanında olacaqlarını söyləyib.

Bizimesr.az

 

 

 

 

 

 

 



Загрузка...


Oxunub: 7000 dəfə