Ukraynada qanlı döyüşlər: 5 ölü, 11 yaralı

Son 24 saat ərzində üç Ukrayna hərbçisi separatçılar tərəfindən öldürülüb.

 

“UNAİN”-a  xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin İnformasiya Mərkəzinin sədri Andrey Lısenko jurnalistlərə açıqlamasında bildirib. 

“Son 24 saat ərzində 3 qəhrəman hərbçimiz həlak olub, 3 hərbçimiz isə yaralanıb” – deyə qeyd edib.

Lısenko vurğulayıb ki, qarşıdurma zamanı separatçılardan iki nəfər ölüb, 8 nəfər yaralanıb. 

Qeyd edək ki, atəşkəsin elan olunmasına baxmayaraq, Donetsk vilayətində son günlər Ukrayna ordusu və separatçılar arasında toqquşmalar qeydə alınır.\azvision.az\

Bizimesr.az 


Загрузка...


Oxunub: 2950 dəfə